XƏBƏR LENTİ
01 May 2025
30 Aprel 2025
29 Aprel 2025



ABF və AHİTA arasında əməkdaşlığa dair görüş keçirilib
İdman 10:59 / 01.05.2025

Azərbaycan Boks Federasiyası (ABF) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİTA) əməkdaşlığa dair görüş keçirilib. Görüşdə ABF-in baş katibi Nağı Səfərov və AHİTA-nın direktoru Tural Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, tərəflər arasında aparılan müzakirələrdə boks idman növünün inkişaf etdirilməsi, birgə idman layihələrinin icrası, çempionat və turnirlərin təşkili, eləcə də gənclərin bu idman növünə marağının artırılması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Nağı Səfərov bildirib ki, Azərbaycan Boks Federasiyası ölkədə boksun daha da inkişafı və kütləviləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Onun sözlərinə görə, AHİTA ilə əməkdaşlıq bu sahədə həm idmançılar, həm də gənclər üçün yeni imkanlar yaradacaq.

Tural Qasımov isə sağlam həyat tərzinin təşviqində boks kimi fiziki və mənəvi cəhətdən gücləndirici idman növlərinə xüsusi yer ayırdıqlarını vurğulayıb. O, federasiya ilə birlikdə reallaşdıracaqları layihələrin gənclərin inkişafı və idman dəyərlərinin aşılanması baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib.


294 oxunub

InvestAZ