XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Basketbol üzrə Azərbaycan çempionatı keçiriləcək
İdman 11:23 / 29.09.2022
Oktyabr ayının ikinci ongünlüyündə startı gözlənilən basketbol üzrə 28-ci Azərbaycan çempionatında 8 komanda birincilik uğrunda mübarizə aparacaq. Azərbaycan Basketbol Liqası (ABL) adı ilə keçiriləcək yarışın oyunları "Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq.
ABL-də "AAAF Xırdalan”, "Gəncə”, NTD, "Neftçi”, "Olimpik Şəki”, "Sərhədçi”, "Sabah” və "Zirvə Astara” güclərini sınayacaqlar.
Ötən çempionatla müqayisədə, yeni reqlamentə əsasən, komandalar dairəvi sistemlə 4 dövrədə üz-üzə gələcəklər. Çempionatın müntəzəm mövsümündə ilk dörd pilləni tutan komandalar play-off mərhələsinə vəsiqə qazanacaqlar.
Yarımfinallarda ən tez 2, finalda isə ən tez 3 qələbə qazanan komanda qalib sayılacaq.
Qeyd edək ki, oktyabrın 1-də əsas çempionata hazırlıq məqsədi ilə mini turnir keçiriləcək. Oyunlar "Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq.
Oyunlar "Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq.


11383 oxunub

InvestAZ