XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Millətlər Liqası: Yığmamız səfərdə Slovakiya komandası ilə qarşılaşacaq
İdman 10:19 / 22.09.2022

Bu gün futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək. Millimiz C Liqasının birinci qrupunda Slovakiya yığmasının qonağı olacaq. Trnava şəhərindəki Antona Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü Uilyam Kollamın başçılıq etdiyi şotlandiyalı hakimlər briqadası idarə edəcək.

Meydan sahiblərində cəzalı Yuray Kuçka, Azərbaycan komandasında isə Mahir Emreli eyni səbəbdən meydana çıxa bilməyəcəklər. Qrupun digər matçında Belarus yığması Qazaxıstan seçməsinin qonağı olacaq.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 25-də altıncı - sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək. Qazaxıstan 10 xalla qrupun lideridir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.


14085 oxunub

InvestAZ