XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024
12 Aprel 2024



Bu gün Şuşada beynəlxalq şahmat turnirinə start veriləcək
İdman 10:12 / 21.09.2022
Bu gün Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək "Shusha Chess-2022” beynəlxalq şahmat turnirinə start veriləcək. Görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan "Shusha Chess-2022” beynəlxalq şahmat turniri sentyabrın 24-dək Şuşadakı "Qarabağ” hotelində təşkil olunacaq. Turnirin açılış mərasimi bu gün saat 14:00-da başlayacaq. Açılışdan sonra yarışın püşkatma mərasimi keçiriləcək. Açılış mərasimindən sonra ilk turun görüşləri keçiriləcək. Turnir iki kateqoriyada - kişilər və qadınlar arasında təşkil olunacaq. İştirakçılar rapid və blits üzrə yarışacaq. Həm kişilər, həm də qadınların yarışında qalib rapid və blits turnirlərindəki xallarının cəminə əsasən müəyyən ediləcək.
"Shusha Chess-2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.
Xatırladaq ki, "Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə "Azərxalça” ASC-dir


13681 oxunub

InvestAZ