XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Roje Federer karyerasını başa vurur
İdman 14:44 / 16.09.2022

İyirmi qat "Böyük dəbilqə” çempionu, İsveçrə tennisçisi Roje Federer sentyabrın sonunda Londonda keçiriləcək "Laver” kubokunda çıxışı ilə karyerasını başa vuracağını açıqlayıb. Bu barədə tennisçi sosial şəbəkədə məlumat verib.
Qırx bir yaşlı R.Federerin sözlərinə görə, sağlamlığı ona karyerasını davam etdirməyə imkan vermir. O, bəzən tədbirlə bağlı matçlarda kortlara çıxacağını istisna etməyib. Lakin bundan sonra beynəlxalq yarışlarda oynamayacağını vurğulayıb.
Qeyd edək ki, Roje Federer karyerası ərzində Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) 103 titulunu qazanıb. O, səkkiz dəfə "Uimbldon” və altı dəfə Avstraliya Açıq turnirlərinin, beş dəfə ABŞ Açıq çempionatının qalibi olub.

17851 oxunub

InvestAZ