XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Gimnastımız Sofiyada altıncı oldu
İdman 14:00 / 16.09.2022
Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə 39-cu dünya çempionatı davam edir. Yarışda ölkəmizi fərdi növdə yığma komandamızın üzvləri Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri yığması təmsil edirlər.
Yarışın ilk günündə gimnastlar fərdi növdə top və halqa ilə hərəkətləri icra ediblər. Komandamızın lideri, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş, İslam Həmrəyliyi Oyunlarının dördqat qızıl, gümüş və bürünc mükafatçısı Zöhrə Ağamirova uğurla çıxış edərək halqa ilə hərəkətlərin icrasında finala vəsiqə qazanıb. Hakimlərdən 31,150 xal alan idmançımız həlledici mərhələdə çıxışını 6-cı pillədə başa vurub.
Qeyd edək ki, sentyabrın 16-da qrup hərəkətləri üzrə yığma komandalar mübarizəyə qoşulacaqlar. Avropa çempionatının üçqat bürünc, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qızıl və gümüş mükafatçısı olan komandamızın üzvləri 3 lent və 2 top, eləcə də 5 halqa ilə proqramlarını nümayiş etdirəcəklər.

11938 oxunub

InvestAZ