XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



PFL və Avropa Peşəkar Futbol Liqaları Birliyi arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub
İdman 14:41 / 15.09.2022
Peşəkar Futbol Liqası (PFL) və Avropa Peşəkar Futbol Liqaları Birliyi arasında görüş keçirilib. Onlayn formatda keçirilən görüşə liqanın prezidenti Elxan Səmədov, texniki idman direktoru Elgiz Abbasov, beynəlxalq əlaqələr üzrə menecer Fərəc Hüseynov, media və marketinq direktoru Sənan Abdullayev, qarşı tərəfdən isə icraçı direktor Yako Svart, menecer Amparo Reiq Martines, baş katibin müavini Alberto Kolombo və biznesin inkişafı üzrə menecer Entoni Blekbern qatılıblar.
Görüşdə münasibətlərin hazırkı durumu, gələcək planlar, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

13347 oxunub

InvestAZ