XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib
İdman 10:05 / 14.09.2022
Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsi (CIGEPS) Bürosunun onlayn formatda keçirilən 2-ci iclasına sədrlik edib. İclasda regional məsləhətləşmələrin nəticələri haqqında Büro məlumatlandırılıb və CIGEPS işçi sənədlərinin layihəsinə dair yazılı şərhlərin icmalı təqdim olunub.

Eyni zamanda gündəliyə əsasən, Büro üzvlərinə gələn il 14 - 17 martda təşkilatın Bakıda keçirilməsi planlaşdırılan bədən tərbiyəsi və idman üzrə məsul nazirlərin və yüksək səviyyəli şəxslərin 7-ci Beynəlxalq Konfransına (VII MINEPS) hazırlıq barədə məlumat verilib. İclasın sonunda Büronun növbəti işçi cədvəli və fəaliyyət planı müzakirə edilib.

Qeyd edək ki, CIGEPS-in növbəti iclası oktyabrda Fransanın paytaxtı Parisdə keçiriləcək.

31299 oxunub

InvestAZ