XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Çempionlar Liqası: “Bavariya” Barselona"ya, “Liverpul” isə “Ayaks”a qalib gəldi
İdman 09:50 / 14.09.2022

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turun oyunlarına start verilib. A qrupunda İngiltərənin "Liverpul" klubu "Enfild road” stadionunda Niderlandın "Ayaks" klubunu məğlub edib. Görüş "mersisaydlılar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qrupun Şotlandiyanın "Reyncers" və İtaliyanın "Napoli" klubları arasında oynanılmalı olan qarşılaşması isə Böyük Britaniya kraliçası II Elizabetin dəfni öncəsi tədbirlərlə əlaqədar 14 sentyabra təxirə salınıb.

B qrupunda "Portu" Portuqaliyada gözlənilmədən Belçikanın "Brügge"klubuna böyük hesabla uduzub -0:4. Almaniyada "Bayer" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında keçirilən görüşdə isə Bundesliqa təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Gecənin ən prinsipial və maraqla gözlənilən oyunu isə C qrupunda təşkil olunub. Qrup mərhələsinə 3 xalla start verən Almaniyanın "Bavariya" klubu "Alyans Arena”da İspaniyanın "Barselona" komandasını 2:0 hesabı ilə məğlub edib. Bu qrupun digər oyununda İtaliyanın "İnter” klubu səfərdə Çexiyanın "Viktoriya” (Plzen) komandasına 2:0 hesabı ilə qalib gəlib.

D qrupunda isə Portuqaliyanın "Sportinq” klubu doğma meydanda İngiltərənin "Tottenhem” komandasında üstun olub -2:0. Fransa təmsilçisi "Olimpik Marsel” öz meydanında Almaniyanın "Ayntraxt” klubuna uduzub -0:1.



26143 oxunub

InvestAZ