XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Shusha Chess 2022" turnirinə həsr olunmuş tanıtım videosu hazırlanıb
İdman 11:14 / 11.09.2022
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq "Shusha Chess 2022" beynəlxalq şahmat turnirinə həsr olunmuş tanıtım videosu hazırlanıb. Tanıtım videoçarxında Şuşanın tarixi yerləri və Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın obrazı canlandırılıb. Video yarışın açılış mərasimində nümayiş etdiriləcək.
"Shusha Chess 2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru ABB, tərəfdaşlarından biri isə "Azərxalça” ASC-dir.
Qeyd edək ki, "Shusha Chess 2022” beynəlxalq şahmat turniri sentyabrın 21-24-də keçiriləcək.


29265 oxunub

InvestAZ