XƏBƏR LENTİ
08 Noyabr 2025
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025



Sem Smit Bakıya gəlməyəcək
Mədəniyyət 14:10 / 24.04.2019

Məşhur müğənni Sem Smit aprelin 27-də Bakıda konsert proqramı ilə çıxış edə bilməyəcək. Ötən həftə Cənubi Afrika turunu yarıda kəsən britaniyalı müğənni konsert proqramlarına qısa fasilə verdikdən sonra tibb mütəxəssislərinin məsləhətinə əsasən növbəti konsert proqramlarını da ləğv etməli olub.
Sağlamlığı hər şeydən vacib sayan təşkilatçılar musiqiçinin tam sağalması üçün atdığı bu addımı anlayışla qarşılayır və onu dəstəkləyir.
Bu xəbər Sem Smitin Bakıdakı azarkeşlərini məyus edib. Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin hər bir tamaşaçısının möhtəşəm həftəsonu yaşamağını təmin etmək üçün təklif olunan digər əyləncə proqramları qüvvədədir.


73553 oxunub

InvestAZ