XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Qarabağ”ın avrokubokların qrup mərhələsindəki 9-cu sınağı 
İdman 10:06 / 08.09.2022
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun oyunlarına start veriləcək. G qrupunda mübarizə aparan Azərbaycanın "Qarabağ” komandası da qitənin ikinci ən nüfuzlu klub turnirində oyuna çıxacaq. Ağdam təmsilçisi səfərdə Almaniyanın "Frayburq” komandasının qonağı olacaq. "Europa-Park” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü belçikalı baş hakim Erik Lambrexts idarə edəcək. Ona Jo de Veirdt və Matias Hillert kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vim Smet yerinə yetirəcək.
VAR hakimləri fransalı Benua Miyo və Villi Delajo olacaqlar.
Qarşılaşmanın hakim-inspektoru ispaniyalı David Fernandes Borbalan, UEFA nümayəndəsi isə ingiltərəli Conatan Lizedir.
Beləliklə, Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayacaq.
Bu qrupunun digər qarşılaşması Fransada yerli "Nant" və Yunanıstanın "Olimpiakos" klubları arasında oynanılacaq.


25630 oxunub

InvestAZ