XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Karateçimiz dünya çempionatında mübarizə aparacaq 
İdman 18:16 / 06.09.2022
Sentyabrın 9-11-də Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının (WSF) təşkilatçılığı ilə 12-ci dünya çempionatı keçiriləcək.
Komandamızın heyətində ikinci dan qara kəmər sahibi Ülvi Məmmədov (+84 kq) da yer alıb. Qeyd edək ki, "SKİ Azərbaycan” klubunun üzvü Ü.Məmmədov 2021-ci ilin oktyabrında Polşanın Katovis şəhərində 30-dan çox ölkənin iştirakı ilə keçirilən fudokan üzrə 25-ci Avropa çempionatında komanda döyüşlərində bürünc, 2021-ci ilin noyabr ayının 5-7 –də Türkiyədə WSF üzrə dünya çempionatında gümüş medal qazanıb. İdmançımız bu il iyulun 1-3-də Qırğızıstanda keçirilən açıq Asiya çempionatında isə ikinci yeri tutub.


29825 oxunub

InvestAZ