XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Milli Olimpiya Komitəsinin 30 illik yubileyi noyabrda keçiriləcək
İdman 12:50 / 02.09.2022
Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi ilə bağlı şəhər və respublika səviyyəsində bir sıra tədbirlər keçirilir. Ən böyük tədbirlərdən biri "Heydər Əliyev” zirvəsinə yürüşlə bağlı olub.
Bu barədə sentyabrın 2-də keçirilən İdman Filmləri və Proqramları Milli Televiziya Festivalına həsr edilən mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
Onun sözlərinə görə, ölkənin tanınmış idmançıları və jurnalistləri də bu yürüşdə iştirak ediblər. Həmçinin il ərzində keçirilən idman yarışlarında Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr edilən loqosu qoyulub. Bundan başqa, yubileylə bağlı xüsusi poçt markası, gümüş pul sikkələri buraxılacaq.
Bu tədbirlər KİV-lər vasitəsilə daim geniş ictimaiyyətə çatdırılıb.
Ç.Hüseynzadə qeyd edib ki, Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi münasibətilə rəsmi tədbir noyabrın əvvəllərində keçiiləcək. Yubiley mərasimi Avropa Olimpiya Komitəsinin tədbirləri siyahısında öz əksini tapıb. Tədbirə EOC və Beynəlxalq Olimpiya Komitəsinin rəsmiləri də iştirak edəcəklər.

26771 oxunub

InvestAZ