XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çimərlik güləşi üzrə millimiz Rumıniyada çempion oldu
İdman 11:36 / 02.09.2022
Bu gün Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçirilib. Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında mundialda ölkəmizi 4 idmançı təmsil edib.
Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) uğurlu çıxış ediblər. Belə ki, güləşçilərimiz bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.
Beləliklə, maksimum nəticəyə imza atan yığmamız 100 xalla komanda hesabında dünya çempionu olub. Moldova 61 xalla ikinci, Fransa isə 48 xalla üçüncü yeri tutub.
Xatırladaq ki, komandamız iyulda Yunanıstan Katerini şəhərində keçirilən Avropa çempionatında da maksimum nəticə göstərmişdi.

27003 oxunub

InvestAZ