XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Ölkəmizdə ilk dəfə BMX növü üzrə ölkə çempionatı keçiriləcək
İdman 15:39 / 01.09.2022
Sentyabrın 9-da Azərbaycanda ilk dəfə velosiped idmanının BMX növü üzrə ölkə çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkil edəcəyi yarış Bakıda yerləşən Veloparkdakı BMX meydançasında baş tutacaq. Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən keçiriləcək çempionatda bütün yaş kateqoriyalarında olan idmançılar iştirak edəcəklər. Bütün velosipedçilər qrup yarışında (1 dairə) mübarizə aparacaqlar. Qaliblər hər yaş kateqoriyasında ən yaxşı vaxta görə müəyyənləşəcək.
Yarışda ilk üç yeri tutan velosipedçilər Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyası tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Ölkə çempionatının keçirilməsində məqsəd velosiped idmanının BMX növünün təbliği və inkişafı, perspektivli idmançıların aşkar edilməsi, müxtəlif yaş kateqoriyalarında idmançıları və idman həvəskarlarını aktiv velosiped sürməyə cəlb etmək, Azərbaycanın regionlarında əhali arasında bədən tərbiyəsi, sağlamlıq və idman fəaliyyətinin aktivləşdirilməsidir.


27666 oxunub

InvestAZ