XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qitə çempionatında ölkəmizi 7 paracüdoçu təmsil edəcək
İdman 10:42 / 31.08.2022
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo idman növü üzrə milli komandasının üzvləri İtaliyanın Kalyari şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər. Çempionatda ölkəmizin idman şərəfini 5 kişi və 2 qadın paracüdoçu qoruyacaq. Kişilərin yarışında İsmayıl Muradov (60 kq), Anar İsmayılzadə, Namiq Abaslı (hər ikisi 73 kq), Zakir Mislimov (90 kq) və İlham Zəkiyev (+90 kq) tatami üzərinə çıxacaqlar. Qadınların mübarizəsində isə Xatirə İsmiyeva və Dürsədəf Kərimova (hər ikisi +70 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Eyni zamanda Kalyaridə idmançılar üçün beynəlxalq həkimlərin iştirakı ilə tibbi təsnifat da keçiriləcək.
Avqustun 31-dən sentyabrın 5-dək davam edəcək yarış "Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandıracaq.


26733 oxunub

InvestAZ