XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Daha üç federasiyanın akkreditasiyası təsdiqləndi
İdman 10:01 / 31.08.2022
Gənclər və İdman Nazirliyinin (GİN) növbəti kollegiya iclası keçirilib. Iclasın gündəliyinə əsasən, nazirliyin 2022-сi ilin ikinci yarımili üçün perspektiv iş planı təsdiqlənib. Bundan başqa, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
İclasda, həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib. Kollegiyanın qərarına əsasən, "Azərbaycan Bodibildinq və Fitnes Federasiyası”, "Azərbaycan Milli İdman Növləri Assosiasiyası” və "Azərbaycan Qolf Federasiyası” ictimai birliklərinin akkreditasiyaları təsdiqlənib. Bundan başqa, "Azərbaycan Qoçyu-ryu Okinava Karate-do və Kobudo-Kempo Növləri İdman Federasiyası” və "Gözdən Əlil Şahmat və Damaçılar Federasiyası” ictimai birliklərinin federasiya statusu dayandırılıb.
Bununla da nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 29-a çatıb. Ümumilikdə, 27 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.
Kollegiya iclasında, həmçinin Namiq Heybətova və Elçin Həsənova "Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, Lamiyə Vəliyevaya və Raman Saleiyə "Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adlarının verilməsi barədə qərar qəbul edilib.


25948 oxunub

InvestAZ