XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Zəka sahibimiz bu gün "Grand Chess Tour"da mübarizəyə başlayır
İdman 11:33 / 26.08.2022
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün ABŞ-ın Sent Luis şəhərində "Grand Chess Tour"un 4-cü mərhələsində mübarizəyə başlayacaq. 37 yaşlı qrossmeyster şəhərin eyniadlı turnirinin birinci turunda Fransanı təmsil edən İran əsilli şahmatçı Alireza Firuzca ilə, ikinci turda ABŞ-ı təmsil edən Levon Aronyanla, üçüncü turda isə fransalı Maksim Vaşye-Laqravla görüşəcək.
10 oyunçunun qatıldığı turnirdə şahmatçılar avqustun 28-dək rapid, növbəti iki gündə isə blits növündə çıxış edəcəklər.
Qeyd edək ki, 175 000 ABŞ dolları mükafat fonduna malik "Grand Chess Tour"un 4-cü mərhələsi avqustun 30-da başa çatacaq.


30405 oxunub

InvestAZ