XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Cüdoçumuz Sarayevo dünya ikincisi oldu
İdman 10:03 / 25.08.2022
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı davam edir. Azərbaycan komandasının üzvü Şahin Oruczadə (55 kq) uğurla çıxış edərək finala yüksəlib. Qızıl medal uğrunda fransalı idmançı Dicol Zaçariyeyə məğlub olan cüdoçumuz yarışı gümüş medalla başa vurub. Digər cüdoçumuz Məhəmməd Məmişov (50 kq) turniri 5-ci yerdə tamamlayıb. Qeyd edək ki, cüdoçularımız avqustun 24-27-də fərdi, 28-də isə komanda yarışında iştirak edəcəklər.

27873 oxunub

InvestAZ