XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



UEFA Çempionlar Liqası: Bu gün pley-off mərhələsinin cavab oyunları keçiriləcək
İdman 11:31 / 23.08.2022
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində növbəti görüşlər keçiriləcək. Bu mərhələnin ikinci oyun günündə üç qarşılaşma olacaq. Azərbaycan çempionu "Qarabağ” səfərdə Çexiyanın "Viktoriya Plzen" komandasının qonağı olacaq.

Bu turu adlayan komandalar mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlub olan klublar isə UEFA Avropa Liqasının qrup oyunlarında iştirak edəcəklər.

Qeyd edək ki, Çempionlar Liqasında digər cavab qarşılaşmaları avqustun 24-də olacaq. Hələlik qrup mərhələsinin 32 iştirakçısından 26-sı məlumdur. Onlar UEFA reytinqində daha yüksək reytinqə malik ölkələrin təmsilçiləri olduqlarından, vəsiqələri birbaşa qazanıblar.


Pley-off mərhələsinin növbəti matçları:

23 avqust

23:00 – "Viktoriya Plzen” (Çexiya) - "Qarabağ” (Azərbaycan)

İlk oyun: 0:0

23:00 - "Srvena Zvezda” (Serbiya) – "Makkabi” (Hayfa, İsrail)

İlk oyun - 2:3

23:00 - "Benfika” (Portuqaliya) – "Dinamo” (Kiyev, Ukrayna)

İlk oyun - 2:0



26255 oxunub

InvestAZ