XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Qırmızı şeytanlar” mərkəzi oyunda qələbə qazandılar
İdman 08:06 / 23.08.2022
Futbol üzrə İngiltərə Premyer Liqasında III tura mərkəzi oyunla yekun vurulub. Turun son oyununda mövsümə yaxşı başlamayan "Mançester Yunayted" və "Liverpul" komandaları üz-üzə gəliblər. "Old Trafford" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk qolu 16-cı dəqiqədə "qırmızı şeytanlar"dan Ceydon Sanço vurub. 53-cü dəqiqədə Markuş Reşford hesab arasındakı fərqi 2 topa çatdırıb. 81-ci dəqiqədə Məhəmməd Salah buraxılan qollardan birinin əvəzini çıxıb.

Cari mövsümdə ilk qələbəsini qazanan "Mançester Yunayted" 3 xalla 14-cü sıraya yüksəlib. 2 xalı olan "Liverpul" isə 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 9 xalla "Arsenal" klubu başçılıq edir.


26740 oxunub

InvestAZ