XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millimizin məşqçisi Avropa Atletlərinin Gənc Liderlərinin Forumunda iştirak edib
İdman 21:44 / 21.08.2022
Almaniyanın Münhen şəhərində keçirilən qarışıq idman növləri üzrə Avropa çempionatı çərçivəsində avqustun 19-dan 21-dək Avropa Atletlərinin Gənc Liderlərinin Forumu keçirilib. 6 gimnastika növünün (bədii gimnastika, aerobika gimnastikası, akrobatika gimnastikası, kişi və qadın idman gimnastikası, batut gimnastikası) təmsil olunduğu Forumda müxtəlif idman növləri üzrə ümumilikdə 130 gənc atlet iştirak edib. Tədbirdə ölkəmizi "Avropa Gimnastikası” tərəfindən bədii gimnastika üzrə seçilən Azərbaycan yığma komandasının məşqçisi, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü Siyana Vasileva təmsil edib.
Forum çərçivəsində tədbirə dəvət olunan qonaqlar tərəfindən bacarıqların inkişaf etdirilməsi üzrə seminar keçirilib, gənc liderlərin layihələri təqdim edilib, görülən işlərin nəticələri ilə bağlı fikir mübadiləsi və qrup müzakirələri aparılıb.


25937 oxunub

InvestAZ