XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Fransalı idmançı cüdoçularımıza ustad dərsi keçib
İdman 12:36 / 20.08.2022
Beynəlxalq Cüdo Federasiyası (BCF) fransalı idmançı Julien Brulardla birgə yeni layihəyə start verib. Layihənin əsas məqsədi bütün dünyada cüdo idman növünün dəyərlərini təbliğ etmək, cüdo fəlsəfəsini insanlara aşılamaq və bu idman növünün kütləviliyinə nail olmaqdır. Təyyarədən istifadə etmədən dünyanı gəzən Brulard artıq 21 ölkədə olub. Ölkəmizdə qonaq olan idmançı cüdo ilə məşğul olan uşaqları və yeniyetmələri motivasiya etmək məqsədilə Bakıda onlarla birgə məşq edib, eyni zamanda ustad dərsi keçib.
Bununla yanaşı, fransalı "YAŞAT” Fondunun və "ASAN Könüllüləri” Təşkilatının birgə təşəbbüsü ilə şəhid övladları üçün həyata keçirilən 2-ci "YAŞAT” düşərgəsinin qonağı olub. Cüdo ilə bağlı keçirdiyi ustad dərsi düşərgə iştirakçıları tərəfindən maraqla qarşılanıb. Düşərgə iştirakçıları idmançı ilə müxtəlif cüdo texnikaları üzrə məşq edib, fərqli fəndlərin necə həyata keçirilməsini öyrəniblər. Həmçinin o, dünya çempionatına hazırlaşan yeniyetmə oğlanlardan ibarət millinin məşq prosesində iştirak edib.


26290 oxunub

InvestAZ