XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycan Konya-2021-i 99 medalla 4-cü sırada başa vurdu
İdman 21:04 / 18.08.2022
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına yekun vurulub. Azərbaycan komandası yarışı 99 medalla başa vurub. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürüncdür. Komandamız bu nəticə ilə medal qazanan ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
İlk 3 sırada medal əyarında müvafiq olaraq, Türkiyə, Özbəkistan və İran komandaları qərarlaşıb. V İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 56 ölkədən 44-ü medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 19 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.


30367 oxunub

InvestAZ