XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çempionlar Liqası: Bu gün “Qarabağ” Bakıda “Viktoriya” klubunu qəbul edəcək
İdman 10:56 / 17.08.2022
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ” komandası bu gün turnirin pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Ölkə çempionu paytaxtımızda Çexiyanın "Viktoriya" komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq oyun saat 20:45-də başlayacaq.
Qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi FIFA hakimi Slavko Vinçiç olacaq. Ona yan xətt hakimləri Tomaz Klancnik, Andraj Kovacic kömək edəcəklər. Matçda dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək. VAR hakimləri isə Nejc Kajtazovic və Jure Praprotnik olacaq.
Baş məşqçi Qurban Qurbanovun komandasında mərkəz müdafiəçiləri Maksim Medvedev və Kevin Medina zədə səbəbindən matçda iştirak edə bilməyəcəklər. Rəqibin heyətində isə zədəli futbolçu yoxdur.
Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena”da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu turu adlayan komanda mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klublar isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq.


30357 oxunub

InvestAZ