XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Cüdoçularımız İslam Həmrəyliyi Oyunlarının ilk günündə 4 medal qazandı
İdman 19:43 / 15.08.2022
Bu gün Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının cüdo idman növü üzrə yarışlar start götürüb. İdmançılarımız yarışın ilk günü ölkəmizin hesabına 1 qızıl, 2 gümüş və 1 bürünc medal yazdırıb. Qızlar arasında -48 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Könül Əliyeva finalda türkiyəli idmançı Tuqce Beder ilə qarşılaşıb. Nəticə də idmançımız yarışı gümüş medalla başa vurub. Oğlanlar arasında -60 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Balabəy Ağayev bütün rəqiblərini məğlub edərək, finala vəsiqə qazanıb. Balabəy finalda özbəkistanlı idmançı Kemran Nurillayevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
-73 kq. çəkidə mübarizə aparan idmançımız Nəriman Mirzəyev finalda özbəkistanlı Şaxram Axadov ilə qarşılaşıb və gümüş medala sahib çıxıb.
Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Telman Vəliyev qırğızıstanlı idmançı Çingizxan Saqinaliyev üzərində əzmkar qələbə qazanaraq bürünc medalı ölkəmizin aktivinə yazdırıb.
25099 oxunub

InvestAZ