XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Real” Super Kubokunun qalibi oldu
İdman 02:34 / 11.08.2022

Avqustun 11-də Finlandiyanın paytaxtı Helsinkidə futbol üzrə UEFA Super Kuboku uğrunda oyun keçirilib. Helsinki Olimpiya Stadionunda oynanılan matçda İspaniyanın "Real Madrid” və Almaniyanın "Ayntraxt” (Frankfurt) komandaları qarşılaşıblar.

FIFA hakimi ingiltərəli Maykl Oliverin idarə etdiyi görüşün birinci hissəsində hesab açılıb. Matçın 37-ci dəqiqəsində braziliyalı müdafiəçi Kazemironun cinah ötürməsindən sonra David Alaba hesabı açıb. İlk hissə "Real Madrid” komandasının 1:0 hesabı ilə üstünlüyü ilə yekunlaşıb.

Oyunun ikinci hissəsinin 65-ci dəqiqəsində Vinisius Juniorun ötürməsini Kərim Benzema qola çevirərək hesab arasında fərqi ikiyə çatdırıb.

Beləliklə, Avropanın iki ən nüfuzlu klub turnirinin çempionlarının üz-üzə gəldiyi görüşdə Karlo Ançelottinin yetirmələri 2:0 hesablı qələbə qazanaraq Super Kubokun qalibi olublar.

Avropa futbol qurumu qarşılaşmada ilk dəfə "Yarı Avtomatlaşdırılmış Ofsayd Texnologiyası”nı tətbiq edib.


26445 oxunub

InvestAZ