XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycan Konya-2021-də 13 medalla beşinci pillədə qərarlaşır
İdman 10:51 / 11.08.2022

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının altıncı gününün yekunlarına görə Türkiyə medal sıralamasında liderliyini davam etdirir. Avqustun 18-dək davam edəcək Oyunlarda Türkiyə idmançıları 22 qızıl, 18 gümüş və 14 bürünc medal qazanıblar. İlk üçlükdə İran (8-12-7) və Qazaxıstan (6-1-8) qərarlaşıb.

Özbəkistan (5-6-12) dördüncü pillədə yer alıb.

Azərbaycan 5 qızıl, 5 gümüş və 3 bürünc medalla beşinci pilləyə yüksəlib.

Bəhreyn (5-3-2) altıncı, Mərakeş (4-3-6) yeddinci, Uqanda (2-4-1) səkkizinci, Birləşmiş Ərəb Əmirlikləri (2-1-4) doqquzuncu, Qətər (2-0-2) isə onuncu pillədə yer alıblar.

İndiyədək ümumilikdə 56 ölkədən yarısı – 28 ölkə medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 4 növdə – güləş (3 qızıl, 2 gümüş, 1 bürünc), taekvondo (1 qızıl, 1 gümüş, 2 bürünc), atletika (1 qızıl, 1 gümüş) və idman gimnastikasında (1 gümüş) əldə edib.


31941 oxunub

InvestAZ