XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Kral klubu”ndan ayrılan Marselo Türkiyə klubuna keçə bilər
İdman 12:45 / 14.06.2022
İspaniyanın "Real" klubundan ayrılan Marselo karyerasını Türkiyənin "Fənərbağça” klubunda davam etdirə bilər. İstanbul təmsilçisi 34 yaşlı "sambaçı” ilə yaxından maraqlanır. Türkiyə klubu yaxın günlərdə braziliyalı müdafiəçini heyətinə qatmaq üçün ona rəsmi təklif göndərəcək. O,”Fənərbağça” klubuna keçəcəyi təqdirdə ildə təxminən 6 milyon avro qazanmaq istəyir. Marselo ilə Qətər və Braziliya klubları da maraqlanır. Lakin o, Avropada qalmağı və Çempionlar Liqasında oynamağı istəyir.
30470 oxunub

InvestAZ