XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Yığmamız Millətlər Liqasında ilk qələbəsini qazandı
İdman 09:15 / 14.06.2022
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb. Baş məşqçi Canni De Byazinin yetirmələri Bakıda Belarus seçməsini qəbul edib.
"Dalğa Arena”da oynanılan qarşılaşmanı yunanıstanlı Anastasios Papapetrunun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan millimiz matçın 76-cı dəqiqəsində istəyinə çatıb. Millimizin üzvü Mahir Emreli fərqlənərək matçda hesabı açıb. Matça əlavə olunmuş vaxtda Ramil Şeydayev rəqib qapısına yol taparaq hesab arasındakı fərqi artırıb. Bu, oyunda vurulan sonuncu qol olub.
Beləliklə, Azərbaycan millisi 2:0 hesablı qələbə qazanıb.
Komandalar arasında ikinci tura təsadüf etmiş ilk matçda qolsuz bərabərlik qeydə alınıb. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, üçüncü turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya məğlub olub, üçüncü turda Qazaxıstanla heç-heçə edib - 1:1.

28976 oxunub

InvestAZ