XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Eldar Yusubov: “İstədiyimiz heyəti qura bilsək, qarşıya qoyduğumuz hədəflərə çata biləcəyik”
İdman 10:29 / 08.06.2022
"Hazırda məşqlərimiz "Murov” Voleybol Klubunun idman zalında keçirilir. Çalışırıq ki, fiziki hazırlığımızı inkişaf etdirərək yüksək səviyyəyə çatdıraq”.
Bu sözləri "Olimpiya dünyası” qəzetinə müsahibəsində voleybol üzrə qadınlardan ibarət yığma komandamızın baş məşqçisi Eldar Yusubov V İslam Həmrəyliyi Oyunlarına və AVRO-20203-ün seçmə mərhələsinə hazırlıqla bağlı danışarkən deyib.
Baş məşqçi hazırlıq prosesinə ölkə çempionatında və xarici klubların heyətində çıxış edən voleybolçularımızın cəlb olunduğunu bildirib.
"Komandamız məşqlərdə hələ ki tam heyətlə iştirak etmir. Çünki xarici ölkələrin klublarında iştirak edən bir neçə idmançımız da var ki, onların məşqlərə qoşulmağını gözləyirik. Heyətimiz tam olaraq bu ayın sonuna kimi yığılacaq və məşqlərimizə birgə davam edəcəyik. Komandamız hazırlıq prosesindən sonra ilk olaraq İslam Həmrəyliyi oyunlarında mübarizəyə başlayacaq. Konyadakı yarışda rəqiblərimiz hələ ki müəyyənləşməyib. İstəyirik ki, İslam Həmrəyliyi Oyunlarından Vətənə medalla qayıdaq. Bundan başqa Avropa çempionatının final mərhələsinə çıxmaq da digər hədəflərimizdən biridir. Komandamız təsnifat mərhələsində D qrupunda mübarizə aparacaq. Rəqiblərimiz isə Sloveniya, Gürcüstan və Avstriya milliləri olacaq. Bizi kifayət qədər maraqlı oyunlar gözləyir. Qrupumuzdakı hər bir rəqib güclüdür. Mənə elə gəlir ki, məşqlərdən sonra istədiyimiz heyəti qura bilsək, qarşıya qoyduğumuz hədəflərə çata biləcəyik”, - deyə Eldar Yusubov qeyd edib.


39032 oxunub

InvestAZ