XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Masallıda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş voleybol turniri keçirilir
İdman 19:03 / 07.06.2022
İyunun 6-da 2005-2006-cı illər təvəllüdlü voleybolçu oğlanlar arasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş açıq voleybol turnirinə start verilib. 
Azərbaycan Voleybol Federasiyası və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 4 komanda - "Masallı”, "Bakı”, "Sumqayıt”, "Cəlilabad” mübarizə aparır. Dairəvi sistem üzrə təşkil olunan yarışın oyunları Masallı Olimpiya İdman Kompleksində keçirilir.

Turnirin qalibi adına iyunun 8-də aydınlıq gələcək. Qalib komandalara diplom, medal və hədiyyələr təqdim olunacaq.

33283 oxunub

InvestAZ