XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycan nümayəndə heyəti Assambleyada iştirak edib
İdman 16:24 / 07.06.2022
Belçikanın paytaxtı Brüsseldə Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Baş Assambleyası keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri (AzƏOK), AƏOH-un İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev və AzƏOK-un məsul katibi Aysel Sultanova təmsil ediblər.
Assambleyada Avropa Parlamentinin üzvü Mark Tarabella, Belçikanın gənclər, idman və inkişaf naziri Valeri Qlatınyi,Belçika Olimpiya Komitəsinin prezidenti Jan Mişel, Belçika Pentatlon Federasiyasının prezidenti Evelin Hyutebruk və digər rəsmi qonaqlar iştirak ediblər.
Tədbirin açılışında çıxış edən AƏOH-un yeni prezidenti Filip Üzyo qurumun mənzil qərərgahının Avstriyadan Belçikaya köçürüldüyünü və bunun strateji əhəmiyyət kəsb etdiyinin vurğulayıb. O qeyd edib ki, Hərəkatın yeni rəhbərliyi və üzvlərinin birgə fəaliyyəti nəticəsində müəyyən olunmuş strategiyaya əsasən, qurum bundan sonra da ədalətli oyun və Olimpiya dəyərlərini qarşılıqlı şəkildə təbliğ edəcək.
Daha sonra Avropa Olimpiya Komitəsinin Prezidenti Spiros Kapralosun video müraciəti səsləndirilib.
Tədbirdə AOƏH-un nəzdində fəaliyyət göstərən müxtəlif komissiyalara üzvlərin namizədlikləri təsdiqlənib. AzƏOK-un məsul katibi Aysel Sultanova AƏOH-un Kommunikasiya Komissiyasının üzvü seçilib.
Qeyd edək ki, AƏOH 28 ildir ki, fəaliyyət göstərir. AzƏOK 1998-ci ildən bu qurumun fəal üzvü olaraq uğurlu əməkdaşlığını davam etdirir.



27948 oxunub

InvestAZ