XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Velosipedçimiz “Tour of Albania” yarışında ikinci oldu
İdman 14:46 / 06.06.2022
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı "Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Azərbaycanın elit/U-23 yığma komandasının kapitanı Elçin Əsədov 109 kilometrlik məsafədə yarışda uğurlu nəticə göstərərək mərhələni ikinci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib.
Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın "Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb. E.Əsədov bu nəticə ilə ümumi təsnifatda 5-ci pillədə yer alıb və bununla da ölkə reytinqimizə daha 15 xal qazandırıb. Millimizin kapitanı, həmçinin ən yaxşı sprinterlərin mübarizəsində 77 xalla 3-cü olub.
Qeyd edək ki, E.Əsədov yarışın birinci, ikinci və üçüncü mərhələlərini ilk onluqda tamamlayıb.
Sonuncu mərhələdə finiş xəttini 12-ci keçən yığma komandamızın digər üzvü Musa Mikayılzadə ümumi təsnifatda 12-ci nəticə göstərib.
Xatırladaq ki, mötəbər yarışda ölkəmizi baş məşqçi Asif Həsənovun rəhbərliyi altında elit/U-23 yığma komandamızın üzvləri Elçin Əsədov, Elgün Əlizadə, Musa Mikayılzadə, Əli Qurbanov, Şahin Eyvazov və Yusif İsmayılov təmsil edib.

28399 oxunub

InvestAZ