XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Yeniyetmə həndbolçular Azərbaycan və Bakı birinciliyində yarışıblar
İdman 11:55 / 06.06.2022
Həndbol üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan və Bakı birinciliyinə yekun vurulub. Şağan Olimpiya İdman Kompleksində təşkil edilən yarışda 2006-2008-ci illər təvəllüdlü oğlanlar Azərbaycan birinciliyində qüvvələrini sınayblar. Yarışın son günündə keçirilən oyunlarda "Bakı-1”kollektivi "Bakı-2” komandasını 26:8, "Gəncə” isə "Bakı-3” komandasını 26:18 hesabı ilə məğlub edib. Digər görüşlərdə "Bakı-2” komandası "Bakı-3”ə 19:9, "Bakı-1” "Mingəçevir”ə 24:16 hesabı ilə qalib gəlib.
Qızların yarışında isə 2 saylı İOEUGİM 6 saylı İOEUGİM-2 komandası üzərində qələbə qazanıb – 14:9.
Nəticələrə əsasən, "Bakı-1” komandası 2006-2008-ci il təvəllüdlü oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyinin qalibi adını qazanıb. İlk üçlükdə "Bakı-2” və "Gəncə” komandaları qərarlaşıblar.
2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı qızlar arasında 28 May – Müstəqillik Gününə həsr olunmuş Bakı birinciliyinin də qaliblərinin adına aydınlıq gəlib. Şağan Olimpiya Kompleksində keçirilən yarışın qalibi adını 2 saylı İOEUGİM kollektivi qazanıb. II və III yerləri müvafiq olaraq 6 saylı İOEUGİM-1 və 6 saylı İOEUGİM-2 komandaları tutublar.
Bağlanış mərasimində qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının İdman Şöbəsinin müdiri İsgəndər Əsgərov onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıb. Federasiyanın baş katibi Yusif Atakişiyev, həmçinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyevin də qatıldığı mükafatlandırma mərasimində idmançılara diplom, medal və hədiyyələr təqdim olunub.


37174 oxunub

InvestAZ