Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə "Böyük dəbilqə” turniri keçirilib. 36 ölkədən 278 (173 kişi, 105 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Komandamız turnirdə 10 (8 kişi, 2 qadın) cüdoçu ilə təmsil olunub. Tatami ustalarımız yarışı iki bürünc medalla başa vurublar. Komandamıza bürünc medalları Turan Bayramov (60 kq) və Elcan Hacıyev (81 kq) qazandırıb.
37452 oxunub