Futbol üzrə UEFA Millətlər Liqasının 2022/2023-cü il mövsümünə start verilib. Birinci turun ilk oyun günündə A Liqasının dördüncü qrupunda yer alan Polşa və Uels milli komandaları üz-üzə gəliblər.
Polşanın Vrotslav şəhərində oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Sloveniyalı baş hakim Rade Obrenoviçin idarə etdiyi oyunda Polşa millisinin heyətində Yakup Kaminski və Karol Sviderski fərqləniblər. Uels yığmasının qolunu isə Conatan Uilyams vurub.
Bu qrupun digər qarşılaşması iyunun 3-də Belçika və Niderland komandaları arasında olacaq.
37407 oxunub