Milandan Londona
İdman 16:27 / 01.06.2022
İngiltərə "Tottenhem"i Xorvatiya millisinin futbolçusu İvan Perişiçi heyətinə qatıb. 33 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.Son komandası İtaliya "İnter"i olan təcrübəli oyunçu "Tottenhem"ə azad agent statusu ilə keçib. Qeyd edək ki, İvan Perişiç ötən mövsüm Milan təmsilçisində 48 oyuna 9 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
31637 oxunub