"Uembli "Finalissima"ya hazırlaşır
İdman 10:05 / 01.06.2022
Bu gün son Avropa çempionu İtaliya millisi və Amerika Kubokunun son qalibi Argentina yığması arasında "Finalissima" oyunu oyun keçiriləcək. Görüş İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda oynanılacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qarşılaşmada əlavə vaxt oynanılmayacaq. Əsas vaxtda qalib müəyyənləşməsə, birbaşa penaltilər seriyası keçiriləcək.
Finalissima
1 iyun
22:45. İtaliya - Argentina
Baş hakim: Pyero Masa (Çili)
London, "Uembli" stadionu
27867 oxunub