XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qadın cüdoçularımız sabah Avropa kubokunda mübarizəyə başlayır
İdman 15:20 / 06.05.2022
Mayın 7-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda böyüklər arasında cüdo üzrə Avropa kuboku yarışı start götürəcək. İki gün davam edəcək yarışda Azərbaycan yığması qadınların mübarizəsində altı idmançı ilə təmsil olunacaq. Belə ki, məşqçi Vüqar Hüseynovun rəhbərliyi ilə turnirdə Aytac Qardaşxanlı, Nərgiz Hacıyeva, Diana Şoranova (63 kq), Südabə Ağayeva, Günel Həsənli (70 kq), Aytəkin Paşazadə (78 kq) iştirak edəcəklər.
Yarışda dünyanın 27 ölkəsindən 252 idmançı medallar və reytinq xalları uğrunda mübarizə aparacaqlar.


36583 oxunub

InvestAZ