XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Millimiz qitə çempionatının təsnifat mərhələsinə hazırlaşır
İdman 10:01 / 29.04.2022
Bu gün 22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışına start verilib.
Mayın 20-22-də Kosovoda keçiriləcək Avropa çempionatının ikinci təsnifat mərhələsinə hazırlaşan komandamız məşqlərə Bakıda start verib.
On dörd voleybolçunun cəlb olunduğu toplanışa baş məşqçi Eldar Əliyev rəhbərlik edir. Ona Akif Vəliyev, Fərid Cəlalov və Ruslan Motorin kömək edirlər.
Bakıda təşkil olunan təlim-məşq toplanışı "Murov” voleybol klubunun və "Sərhədçi” Olimpiya İdman Mərkəzinin idman zallarında keçiriləcək.
Qeyd edək ki, voleybolçularımız Avro-2022-nin təsnifat oyunlarında E qrupunda Kosovo, Niderland və Slovakiya milliləri ilə mübarizə aparacaq.

30410 oxunub

InvestAZ