XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Ömrünü idmana həsr edən veteran futbolçu
İdman 10:11 / 26.04.2022
Azərbaycanın veteran futbolçusu, həyatının çox hissəsini futbola həsr etmiş Fazil Əliyevin 71 yaşı tamam olur. 1951-ci il aprelin 25-də Ağcabədi rayonunun Hindarx kəndində anadan olan Fazil müəllimin keçdiyi ömür yolu kifayət qədər zəngindir. Futbolla məşğul olmağa orta məktəb illərində başlayan veteran futbolçu doğma komandasının heyətində İmişlidə keçirilən gənclərin Azərbaycan birinciliyində iştirak edib və gözəl oyunu ilə məşqçilərin diqqətini çəkib. İstedadlı futbolçu bir müddət sonra "Neftçi”nin əvəzedici komandasının idman şərəfini qoruyub. 1972-ci ildə Ağdamın "Qarabağ”, 2 il sonra isə "Şəmkir” klubunun heyətində "Qızıl sünbül” kubokuna sahib olub. Moskva, Kişinyov və Daşkənddə təşkil olunan yarışlarda dəfələrlə iştirak edib. Əldə etdiyi nəticələrə görə SSRİ idman ustası fəxri adına layiq görülüb.
Fazil Əliyev 1975-1978-ci illərdə Azərbaycan yığmasında oynayıb. Ağcabədinin "Aran” klubunun yaranmasında müstəsna xidmətləri olan Fazil müəllim burada baş məşqçi vəzifəsini yerinə yetirib. Bundan başqa, o, 2004-2007-ci illərdə Ağcabədinin "Ağ-göl” komandasına rəhbərlik edib. Təcrübəli mütəxəssis 2009-cu ildən 2017-ci ilə qədər AFFA-da hakim-inspektor vəzifəsində çalışıb. Hazırda təqaüddədir.
Veteran futbolçunu 71 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı və işlərində uğurlar arzulayırıq.

29579 oxunub

InvestAZ