XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qvardiola, Keyn və Felps yaşıl meydançada…
İdman 10:39 / 19.04.2022

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola və "Tottenhem"in hücumçusu Harri Keyn qolf turnirində iştirak edəcəklər. Bu barədə "The Guardian” məlumat yayıb. Qvardiola və Keyn tennis üzrə 3 qat Böyük Dəbilqə çempionu Eşli Barti və boks üzrə dünya çempionu meksikalı Saul Alvareslə dünya komandasında yer alacaq. ABŞ komandasında isə amerikalı əfsanəvi idmançılardan üzgüçü Maykl Felps və boksçu Oskar de la Hoya kimi şəxslər olacaq . Felps 23 qat Olimpiya çempionu, de la Hoya 6 çəki dərəcəsində keçmiş dünya çempionudur. Qeyd edək ki, sözügedən turnir 30 iyun-1 iyul tarixlərində keçiriləcək.


28330 oxunub

InvestAZ