Voleybol
üzrə 2022-ci il dünya çempionatında Rusiya millisini Ukrayna yığması
əvəzləyəcək. Bununla bağlı Beynəlxalq Voleybol Federasiyasından (FIVB)
FVU-ya məktub daxil olub. Bildirilib ki, ukraynalılar Serbiya,
Puerto-Riko və Tunislə birlikdə A qrupunda çıxış edəcəklər. Qeyd edək
ki, dünya çempionatı 26 avqust - 11 sentyabrda Polşa və Sloveniyada
təşkil olunacaq.