AFFA-nın prezidenti Qurban Qurbanovu təbrik etdi
İdman 15:06 / 13.04.2022
Bu gün "Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun 50 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında qurumun prezidenti Rövnəq Abdullayev Q.Qurbanovla görüşüb.
AFFA prezidenti təcrübəli mütəxəssisi yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzulayıb.
Q.Qurbanov göstərilən diqqətə görə minnətdarlığını bildirib.
AFFA-nın icraçı vitse-prezidenti E.Məmmədov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdən sonra xatirə şəkli çəkdirilib.
27650 oxunub