XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Voleybol Federasiyasının rəsmiləri Gəncə Olimpiya Kompleksinə baxış keçiriblər
İdman 16:32 / 12.04.2022
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Voleybol Federasiyası birgə təşkilatçılğı ilə (AVF) Gəncə şəhərində voleybolun təbliği, bu idman növünə uşaqları və yeniyetmələri cəlb etmək yolunda fəaliyyətini davam etdirir.
Bu günlərdə AVF-nin baş katibi Fərid Xəlilov və federasiya rəsmiləri Gəncə şəhərində səfərdə olublar. Səfər zamanı Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirovla və "Gəncə” İdman Klubu İctimai Birliyinin İdarə heyətinin sədri Elvar Osmanov görüşlər keçirilib. Söhbət zamanı Gəncədə voleybol idman növünə böyük marağın olduğu vurğulanıb.
Görüşdə Həmid Nəsirov bildirib ki, Gəncə komandalarının tezliklə ölkə çempionatlarında iştiraklarını çox istəyirlər. O, bu istəyin AVF ilə birlikdə bunu gerçəkləşdirəcəyinə inam ifadə edib.
Səfər zamanı Gəncə Şəhər 22, 28 nömrəli tam orta məktəblərin, 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin idman zallarına, eləcədə Gəncə Olimpiya Kompleksinə də baxış keçirilib. Voleybol məşqləri üçün lazım olan avadanlıqlara baxılıb və lazımı qeydlər edilib.
Qeyd edək ki, Gəncənin voleybol komandaları əvvəlki mövsümlərdə ölkə çempionatında iştirak edib və yüksək nəticələr əldə ediblər.


32893 oxunub

InvestAZ