XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Meyvezer nümayiş xarakterli döyüş keçirəcək
İdman 14:15 / 12.04.2022
Amerikalı boksçu Floyd Meyvezer mayın 14-də Dubayda "The Global Titans Series”in himayəsi altında keçiriləcək yarışda nümayiş xarakterli döyüş keçirəcək. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, səkkiz raunddan ibarət qarşılaşmada F.Meyvezerin rəqibi həmyerlisi Don Mur olacaq.
Qırx beş yaşlı F.Meyvezer bütün zamanların ən çox qazanan boksçusu hesab olunur. Filippinli Menni Pakyao ilə 2015-ci il mayın 2-də baş tutan döyüşə görə Meyvezer boks tarixində rekord qonorar - 210 milyon dollar, irlandiyalı Konor Makqreqorla görüşə görə isə qeyri-rəsmi məlumatlara görə, 275 milyon dollar qazanıb. "Forbes” jurnalı 2018-ci ilin iyul ayında boksçunu ən çox qazanan məşhurlar siyahısında birinci yerə layiq görüb.

28964 oxunub

InvestAZ