XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Tanınmış idman mütəxəssisinin yeni kitabı işıq üzü görüb
İdman 11:30 / 12.04.2022
"İgid” peşəkar güləş klubunun sədri, idman psixologiyası üzrə mütəxəssis Kazım Əliyevin yeni kitabı və diski çapdan çıxıb. "İdmanda özünüdərk” məşğələ tədrisi adlanan yeni kitab idman tədrisində ümumi nəzəri hazırlığı idmançıya məşğələ formasında tədris edilməyi təklif edir. Müəllif bu tədrislərlə idmançının mənəvi, əxlaqi və iradi dəyərlərə malik olmaqla həyatda və peşəsində ali, kamil və qüdrətli insan kimi yüksəlmiş olacağını bildirir. Nəticədə isə hər bir gəncin həyatda idmanla yüksəlişi və şəxsiyyət olaraq formalaşmasını təmin etmiş olur.
"İdmanda özünüdərk” kitabı məşqçilər, idmançılar, idman həkimləri və psixoloqları üçün maraqlı ola bilər. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, müəllif buna qədər müxtəlif illərdə "İdmançının qələbə psixologiyası”, "Məşqçinin stolüstü kitabı”nı yazıb. O, həmçinin "İdmançının-xüsusi psixoloji hazırlığı”, "İdmanda qeyri ənənəvi tədris”, "Məşqçinin həftəlik dərs planı” DVD dərs vəsaitini hazırlayıb. K.Əliyev 2017-ci ildə "İdmanda şüurlu tədris” qeyri ənənəvi tədris üslubunu ölkənin idman ictimaiyyətinə təqdim edib.

42888 oxunub

InvestAZ