XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib
İdman 10:05 / 08.04.2022
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Geənin maraqla gözlənilən oyunlarından biri Almaniyada baş tutub. İspaniyanın "Barselona" klubu səfərdə Almaniyanın "Ayntraxt" komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Matçda hesabı 48-ci dəqiqədə meydan sahiblərinin heyətində Ansqar Knauff açıb. Qonaqlardan isə 66-cı dəqiqədə Ferran Torres fərqlənib.
İngiltərədə isə "Vest Hem" komandası Fransanın "Lion" klubunu qəbul edib. Bu oyunda da qalib müəyyənləşməyib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.
Bu mərhələnin digər oyunu Portuqaliyada oynanılıb. "Braqa" klubu doğma meydanda Şotlandiyanın "Reyncers" komandası ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Mərhələnin digər oyununda Almaniyanın "Leyptsiq" komandası doğma meydanda İtaliyanın "Atalanta" klubu ilə heç-heçə edib - 1:1
Bu mərhələnin cavab oyunları aprelin 14-də keçiriləcək.

31371 oxunub

InvestAZ